Ən çox izlənən videolar

Əmanətə sədaqət - VİDEO

Milli Məclisin son iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna təklif olunan dəyişiklik qəbul edilib.  Dəyişikliyə əsasən, Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il - gələn il martın 4-nə qədər artırılıb.

Bundan başqa, Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilib. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Real İntervyu” verilişində son dəyişiklikləri şərh edib. 
 

Bu kateqoriyadan digər videolar
Digər videolar