Ən çox izlənən videolar

“Bulvar liqasi”ndan “Elit” raunda (VİDEO)

AFFA İntizam Komitəsi ənənəvi olaraq son turlarda baş verən qayda pozuntularına görə cərimələri açıqlayıb.

Maraqlı hətta bəzən ekzotik çalarları özündə birləşdirən relikt qərarların bəzi nümunələrini hüzurunuza ərz etmək istəyirəm. 

Məsələn, 1-ci divizyonun MOİK-Turan matçında xərək daşıyan uşaqların olmaması səbəbindən meydan sahibləri 80 manat cərimə edilib.

Xərək daşıyan uşaqlar qıtlaşıbsa sabah, xərəyə qoyulası futbolçu da olmayacaq. Neftçi 2 komandasına verilmiş cəza isə ümumiyyətlə unikaldır. Sən demə, paytaxt təmsilçisinin Kəpəzlə görüşündə top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar ediblər. Özü də 14 fevral, Valentin günündə. Ümumiyyətlə bizim toplarla rəftarımız həmişə ya artıq olub ya da əskik. Topla rəftarı qoyaq bir tərəfə.

Bulvar liqasında yarışan Mil-Muğan klubunun futbolçusu Nihat Həşimli oyun qurtaran kimi hakimə dişinin dibindən çıxanı deyib. İntizam Komitəsi də futbolçuya söyüşləri tərgitmək üçün 4 oyunluq cəza verib. Bulvar liqasının digər komandası Sumqayıt da Mil-Muğandan geri qalmayıb.

Gənclər şəhərinin təmsil edən klubun baş məşqçisi gənclərə nümunə göstərmək üçün hakimi söyüb. 15 yaşlı Nihat Həşimlidən fərqli olaraq məqşçi söyüşlərində daha yaradıcı ifadələrə yol verdiyi üçün 4 yox 5 oyunluq cəzalandırılıb.

Avropanın Elit raunduna yüksələcək futbolçuların Bulvar liqasında yetişdiyini biləndə köks ötürməli olursan. Ən ağrılı məqam isə uşaq futbolundadır.

U-12 liqasında Keşlə və Şirvanovka komandalarının heyətində yetərsay olmadığına görə bu komandalara texniki məğlubiyyət verilib. Aşağı yaş qrupu komandalarında oynatmağa futbolçu tapmırıqsa deməli əsas yığmanın görəcəkli günləri hələ qabaqdadı.

Bu kateqoriyadan digər videolar
Digər videolar