Ən çox izlənən videolar

Qılınc və qələm - VİDEO

Azərbaycanda repressiya illərində 27 min 400-dən çox adam günahsız yerə güllələnib ki, Bakı Dövlət Universiteti də bu repressiyalardan kənarda qalmayıb. Belə ki, universitetin 60-a qədər professor, elmi işçi və müəllimi, 20-dək tələbəsi təqib, təzyiqə məruz qalmış, güllələnib. Tarixçi Boran Əziz Bakı Dövlət Universitetinin 100 illiyi dönəmində Dövlət Təhlükəzsizlik Xidmətinin arxivlərində işləyib və öz təəssüratlarını REAL TV ilə bölüşüb.

Kim idi bu möhtəşəm beşlər? Universitetə 1926-29-cu illərdə rəhbərlik edən Tağı Şahbazi Simuqr, 29-30-cu illərdə rektor olan Maqsud Məmmədov, Məmədkazım Ələkbərov, 1934-35-ci illərin rektoru, 1935-37-ci illərdə rektor olan Balabəy Həsənbəyov və...

Müsahibim deyir ki, ən çox repressiaya məruz qalan tarix fakültəsi olub.

Onu da deyək ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet sosialist respublikaları içərisində birinci yerdə dururdu. Qırmızı terror tezliklə öz yerini İkinci Dünya müharibəsinə verəcəkdi. Bakı Dövlət Universiteti bu müharibəyə də bir əlində qələm, birində silahla gedirdi. Sabah bu haqda danışacağıq.

Bu kateqoriyadan digər videolar
Digər videolar