Ən çox izlənən videolar

Millimiz Moldovanı məğlub edib - VİDEO

Futzal üzrə Azərbaycan yığma komandası 2020-ci ildə təşkil olunacaq dünya çempionatının əsas mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Bakı İdman sarayında baş tutmuş oyuna millimiz fəal başlasa da ilk qol qonaqlardan gəlib.

Adrian Luşkanın zərbəsindən sonra futzalçımıza dəyən top istiqamətini dəyişərək qapıya daxil olub.

Bundan sonra təzyiqi artıran komandamız Bolinya ilə hesaba tarazlıq gətirib. Fasilədən sonra Vassura rəqibi ikinci dəfə meydanın mərkəzinə dəvət edib.

Qarşılaşmada son nöqtəni Bolinya qoyub.

Nəticədə seçməmiz əsas mərhələyə 3-1 hesablı qələbə ilə başlayıb. Alesio da Silvanın yetirmələri ikinci gürüşünü Monteneqro kollektivinə qarşı keçirəcək.

Bu mərhələnin oyunlarına 26 oktyabr tarixində yekun vurulacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar