Ən çox izlənən videolar

Şəmkirdə avtoxuliqan saxlanılıb - VİDEO

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlayıb.

Gördüyünüz bu kadrlar rayonunun Düzqışlaq kəndində lentə alınıb. Kənd sakini Zaur Hüseynquliyev atasına məxsus VAZ 2106 markalı avtomobillə yaşadıqları ərazidə avtoxuliqanlıq hərəkətləri edərək özünün digər hərəkətə iştirakçılarının həyatını təhlükəyə atıb. Daha sonra etdiyi hərəkətləri sosial şəbəkələrdə paylaşaraq içtimailləşdirib.

Araşdırmalar zamanı müəyən edilib ki, həmin şəxs avtoxuliqnalıq hərəkətlərini edərkən sürücülük hüququda olmayıb. Zaur Hüseynquliyevlə aparılan profaltiki söhbət zamanı etiraf edib və peşman olduğunu gizlətməyib.

Qeyd edək ki, Şəmkir rayon Məhkəməsinin qərarı ilə zaur Hüseynquliyev bir il sürcüülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar