Ən çox izlənən videolar

Mətbuat-144 il: Qələm adamları üçün bu günün əhəmiyyəti nədir? (VİDEO)

Jurnalistika bu peşəni layiqincə yerinə yetirənlər üçün həm də onların evi kimidir. O evki, ucqar bir kəntdə bacalarından tüstü çıxan, hər otağı məhəbbət, vicdan qoxan kiçik bir yurd...Bu gün bu yurdun 144 yaşı tamam olur. Onu uçulub sökülməyə qoymayanlar isə fədakar qələm adamlarıdır.

Məsələn Qulu Məhərrəmli.... 65 illik ömrünün 41 ilini mətbuata həsr edən bu adam həm də bu peşəyə lazımi qədər töhvə verənlərdəndir...

Qulu Məhərrəmli kimi Ləman Ələşrəfqızı, Akif Aşırlı və Rəşad Məcid də jurnalistikanı layiqincə yaşadan kəslərdəndir.

Belə...Bu gün bizim günümüzdür, əziz qələm adamları. Heç vaxt xəbər aclığı çəkməyəsiz. Onsuz da çəkdiyimiz yük özü ağır bir yükdür.

Bu kateqoriyadan digər videolar
Digər videolar