Ən çox izlənən videolar

Olimpiya festivalına 150 gün qalır (VİDEO)

“XV Avropa Gənclər Olimpiya Festivalına 150 gün” qalması münasibətilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın təqdimat mərasimi keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov və digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Mərasimə fəxri qonaq qismində Avropa və Asiyanın 10 Olimpiya Komitəsindən nümayəndələr qatılıb.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Milli Olimpiya Komitəsinin təşkilatçılığı eyni zamanda təhsil nazirliyi və gənclər və idman nazirliyinin köməkliyi ilə həyata keçiriləcək. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir.

Bu kateqoriyadan digər videolar
Digər videolar