DOST-un təqdimatı (VİDEO)

DOST-un təqdimatı (VİDEO)
“E-sosial" portalı, ƏƏSMN-nin yeni loqo və internet səhifəsi təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, “e-sosial” internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatını keçirib.

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST Agentliyinin konsepsiyasının, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılmış “e-sosial” internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimat mərasimi keçirilib.

Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, ayrı-ayrı dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, elm-təhsil təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələri iştirak edib.

Digər xəbərlər
Bu gün
Dünən