2018-2019-cu illər payız-qış mövsümünə hazırlıqla əlaqadar olaraq “Azəristiliktəchizat” tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası davam etdirilib.
Bunu REAL-a müsahibəsində “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
Onun sözlərinə görə, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən başlayıb.