Bakının Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasının baş həkimi Tamilla Kərimova iddia olunan zəhərlənmə ilə bağlı REAL-a danışıb.
KİV-də yayılan məlumata görə, poliklinikanın binasına qaz iyinin daxil olmasından sonra 10-a yaxın insan zəhərlənib.
Baş həkim yayılan məlumatların təşviş yaratmaqdan başqa bir şey olmadığını deyib.