İraqda qum fırtınası

İraqda qum fırtınası
İnsanlar boğulmadan əziyyət çəkiblər

İraqın Anbar vilayətində toz fırtınası müşahidə olunub.

Fırtına zamanı 1000-ə yaxın insan tənəffüsün ağırlaşması şikayəti ilə xəstəxanaya müraciət edib.

Bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat katibi Seyf əl-Bədir fırtına zamanı ölüm hallarının olmadığını, lakin boğulma şikayəti ilə edilən müraciətlərin sayının artdığını bildirib.

Xəstəxanaya çatdırılan insanların əskəriyyəti uşaqlar və qocalardır.

Rəsmilər vəziyyətlə əlaqədar insanları respirator maskalar taxmağa çağırıblar.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə