AZAL-da dəyişiklik oldu

AZAL-da dəyişiklik oldu
Bu gündən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq, qeydiyyat isə uçuşa 3 saat qalmış açılacaq.

Bu addım gecikmələrin qarşısını almaq üçün atılıb. Artıq sərnişinlər hava limanına qeydiyyat üçün daha tez gəlməlidir.

Qeyd edək ki, indiyədək AZAL-da qeydiyyat uçuşa 2 saat qalmış başlanırdı. Bütün reyslərə qeydiyyat isə 40 dəqiqə qalmış bağlanırdı.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər