Maliyyə Bazarlarına Nəzarət Palatası valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ilə bağlı iş aparır. Bunu REAL-a açıqlamasında Palatanın mətbuat katibi Elşən Allahverdiyev verib. Onun sözlərinə görə, hələlik heç bir valyutadəyişmə məntəqəsinə lisenziya verilməyib.
“Valyuta tənzimi haqqında ”Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında Prezidentin Fərmanı ilə müəyyən edilmiş valyuta mübadiləsi fəaliyyətini tənzimləyən bütün normativ xarakterli hüquqi aktlar hüquqi qüvvəyə mindikdən sonra valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın verilməsi prosesinə başlanacaq".