Bitkoin ucuzlaşacaq

Bitkoin ucuzlaşacaq
Bitkoinin məzənnəsi psixoloji həddən aşağı düşəcək

Dünyanın əsas kriptovalyutası sayılan "bitcoin"in qiyməti yenə də ucuzlaşıb.

Bu barədə “CoinMarketCap” birja saytında bildirilib. Vurğulanıb ki, bitkoinin məzənnəsi 13,5 min dollar düşüb. Son məlumatlarda bitkoinin məzənnəsinin 1,5 % ucuzlaşdığı deyilir.

Qeyd edək ki, bu ilin ilk günlərində bitkoinin məzənnəsi record həddə çatmışdı. Onun qiyməti 14,5 min dollar idi. Mütəxəssislər hesab edirlər ki, bitkoinin qiyməti ucuzlamaqda davam edəcək. Onun məzənnəsinin ötən ilin noyabr ayında olduğu qiymətdən də aşağı düşəcəyi planlaşdırılır. Analitiklərin fikrincə, "bitcoin"in qiyməti 10 min dollardan ucuz olacaq.
 

Digər xəbərlər
Bu gün
Dünən