Yeni DOST - VİDEO

Yeni DOST - VİDEO

 

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılacaq “DOST” mərkəzləri əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərdə vətəndaş məmnunluğuna tam təminat verəcək. “DOST” mərkəzlərində xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunacaq. Fərman “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin yaradılması vasitəsilə dövlət xidmətlərinin geniş bir spektrinin - əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər müvafiq sahələr üzrə xidmətlər sisteminin “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunmasına, xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan verir.

Fərmana əsasən, yaradılacaq DOST Agentliyinin nizamnaməsinin və strukturunun layihəsinin, agentliyin nizamnamə fondunun miqdarı və işçilərinin say həddi ilə bağlı təkliflərin, “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin “DOST” mərkəzlərində göstərilmə qaydasının layihəsinin, DOST Agentliyinin və onun strukturuna daxil olan “DOST” mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasının təmin edilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə həvalə olunub.

“DOST” mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə xidmətlər göstəriləcək. Bu xidmətlər bir mərkəzdə (bir binada), bir-birinə inteqrasiya olunmuş şəraitdə, fiziki və hüquqi şəxslərə bir pəncərədən operativ və effektiv şəkildə, vahid standartlar əsasında, nəzakətli davranışla, vətəndaşlarla açıq iş mühiti şəraitində təqdim olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli REAL-a müsahibəsində yeni agentliklər bağlı sualları cavablandırıb.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə