Ərdoğan Vatikana səfər edib - Foto

Ərdoğan Vatikana səfər edib - Foto
Səfər çərçivəsində önəmli məsələlər müzakirə ediləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vatikana səfər edib.

Real.TV xəbər verir ki, Ərdoğan Vatikana Roma Papası Fransiskin dəvəti ilə gedib. Ərdoğanı Roma aeroportunda Türkiyənin Romadakı səfiri Murat Salim Esenli, Vatikan nümayəndəsi Mehmet Paçacı və digər səlahiyyətli şəxslər qarşılayıblar. Ərdoğanı həyat yoldaşı Emine Erdoğan, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, müdafiə naziri Nurettin Canikli və digər nazirlər müşayət ediblər.

Ərdoğanın Vatikana səfəri zamanı dövlət başçısını təhlükəsizlik qüvvələrinin 3500 əməkdaşı mühafizə edir.

Verilən məlumata görə, Ərdoğan bu gün Roma Papası Fransiskin ilə görüşəcək. Görüş çərçivəsində iki ölkə arasında münasibətlər, Suriya münaqişəsi və digər aktual məsələlər müzakirə ediləcək. Türkiyə lideri Vatikana səfəri çərçivəsində İtaliya Prezidenti ilə də görüş keçirəcək.

Digər xəbərlər
Bu gün
Dünən