Onkoloji xəstəliklərdən niyə qorxuruq? - VİDEO

Onkoloji xəstəliklərdən niyə qorxuruq? - VİDEO
Azad Kərimli: “Azərbaycanda insanlar arasında xof yaradılıb”

2016-cı ildə 43 927 onkoloji xəstə qeydiyyatda olmuşdusa, 2017-ci ildə onkoloji xəstələrin sayı 45756 nəfərə çatıb. Bunu REAL-a müsahibəsində Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib. Onun sözlərinə görə, xəstələrin sayının artması demoqrafik artımla bağlıdır. Belə ki, əhalinin sayə artdıqca xəstəliklərə, o cümlədən, onkoloji xəstəliklərə tutulanların da sayında artım qeydə alınır: “Əhali sayına görə və digər ölkələrlə müqayisədə deməzdim ki, Azərbaycanda onkoloji xəstələrin sayı çoxdur”. 

Azad Kərimli onu da əlavə edib ki, insanlar arasında onkoloji xəsrəliklərlə bağlı xoşf yaradılıb: “Kardioloji xəstəliklər qorxulu deyil? Nevroloji xəstəliklər qorxulu deyil? Bu və digər xəstəliklərin hamısı qorxuludur. Amma onkologiya haqqında elə təsəvvür yaradıblar ki, guya, bir insan onkoloji xəstəxanaya müraciət edibsə, yaxud onda onkoloji xəstəlik təsdiqlənibsə, bu, həyatın sonu deməkdir. Bu, əsla belə deyil”. 
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə