SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin şimal hissəsi, Binəqədi – Novxanı yolu istiqamətində "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Bu barədə “Report”a “SOCAR Petroleum”un mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, bununla da ümumilikdə respublikada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatdırılıb.

“Binəqədi yolu vasitəsilə Novxanı, Saray və digər yaxın ətraf qəsəbələrdə hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM daha əlverişlidir. Yeni istifadəyə verilmiş məntəqədə 7 yanacaq paylayıcı kalonka quraşdırılıb ki, onlardan ikisi sıxılmış təbii qaz (STQ) satışını həyata keçirəcək. YDM-də STQ ilə yanaşı “Super”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb”, - o qeyd edib.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin 34 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər