Turizm üçün çətin günlər - VİDEO

Turizm üçün çətin günlər - VİDEO
Prezident: “Dövlət bu sahəni dəstəkləyəcək”

“Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə edirik. Buna görə təbiidir ki, sizin üzərinizə əlavə yük düşüb. Ona görə ki, əvvələn, pandemiya dövründə turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq".

REAL xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirdiyi videokonfransda deyib.

Mütəxəssislər hesab edirlər ki, dövlətin turizmə dəstəyi postpandemiya dövründə turizmin bərpasına yardım edəcək.

Qeyd edək ki, Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycanda turzimlə bağlı görülən tədbirləri təqdir edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər