İlk milli kombayn sahələrdə - VİDEO

İlk milli kombayn sahələrdə - VİDEO
Yerli kombayn Oğuz rayonunda sınaqdan keçirilib

Kənd Təsərrüfatı nazirliyi yanında “Aqrolizinq” ASC taxıl biçini dövründə fermer və sahibkarların kombayna yaranan təlabatını ödəmək məqsədi ilə yeni layihəyə stat verib. Gəncə Avtomobil Zavodunda yığılmış ilk kombayn Oğuz rayonunda sınaqdan keçirilib.

“Aqrolizinq” ASC idarə heyətinin sədri Elmin Rəhmanov deyir ki, bu ildən etibarən ölkəmizdə yerli “SAMPO” markalı kombayn istehsalına başlanılıb. “Aqrolizinq” səhmdar cəmiyyəti həmin kombaynların müvafiq alqı-satqı müqaviləsi ilə satınalınmasını həyata keçirib.

Yerli kombaynla ilk biçin fermer Mehralı Səfərəliyevin sahəsində aparılıb. Ömrünün 30 ilini əkinçiliyə həsr edən fermer deyir ki, 10 ildir köhnə kombaynla çalışırmış .

Oğuz rayon Dövlər Aqrar İnkişaf mərkəzindən bildirildi ki, bu il sahələrə 80-ə yaxın komabyn cəlb edilib. Yerli istehsal olan kombaynın gətirilməsi isə Sincan kənd fermerlərinin əvvəlki illərdən fərqli olaraq biçini vaxtında və itkisiz başa çatdırmasına töhfə vermiş olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər