Avropa Şurası liderlərinin toplantısı

 Avropa Şurası liderlərinin toplantısı

Bu gün  Avropa Şurasının prezidenti Çarlz Mişel, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Koreya Respublikasının Prezidenti Mun Ce-in video konfrans vasitəsilə Liderlər toplantısını keçirib.
 

Konfransda iştirak edən liderlər COVID-19 pandemiyasının dünyanın hər bir ölkəsinə təsirindən, səhiyyə, təhsil  və rifah sistemlərindəki  böyük gərginliklərdən, eyni zamanda iqtisadiyyatların tənəzzülündən danışıblar. Tərəfdaşlarla qlobal miqyasda həmrəylik içərisində, o cümlədən G20 və BMT sistemində birlikdə işləməklə bu çətinliyin öhdəsindən gəlməyin mümkünlüyünü ifadə etən liderlər,

COVID-19 pandemiyası ilə əlaqəli təcrübələrini bölüşüblər. Quruluşunun 10-cu ildönümünü qeyd edən liderlər, Azad Ticarət Sazişi və Aİ böhranının idarə edilməsi üçün Aİ-Koreya Strateji Tərəfdaşlığ çərçivəsində əməkdaşlığın daha da geniş sahələrini araşdıracaqlarına  və şərtlərin imkan verəcəyi ən yaxın  zamanda Seulda Zirvə görüşünün keçiriləcəyinə də söz veriblər. Görüşün sonunda  Liderlər Ümumdünya Ticarət Təşkilatı ilə çoxtərəfli, qaydalara əsaslanan ticarət sistemini  daha da gücləndirmək  qərarına gəldilər.

REAL-ın AVROPA bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər