“9108” yenidən aktivləşdirilib - VİDEO, YENİLƏNİB

“9108” yenidən aktivləşdirilib - VİDEO, YENİLƏNİB
2 gündə təxminən 12-14 mindən çox vətəndaş müraciəti qəbul olunur

"ASAN Xidmət"in mətbuat katibi Elnur Niftəliyev məlumat verir.

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilib.

Ötən ciddi karantin rejimində olduğu kimi bu dəfə də Vətəndaşlar sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar ASAN xidmətin 9108 çağrı mərkəzinə müraciət edə bilərlər.

Mərkəzin əməkdaşları tərəfindən gün ərzində təxminən 12-14 mindən çox vətəndaş müraciəti qəbul olunur. 9108 Çağrı mərkəzi vasitəsi ilə müraciətlərin qəbulu Xüsusi Karantin Rejimi müddətində nəzərdə tutulur.Çağrı mərkəzinə ən çox hansı yöndə zənglər olur,insanları daha çox hansı problemlər narahat edir.Çağrı mərkəzinin əməkdaşları danışacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər