İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

İspaniyanın "Valensiya" klubu baş məşqçi Albert Selades və idman direktoru Sesar Sançesi istefaya göndərib.

"Report"un məlumatına görə, bu qərar La Liqanın XXXII turunda səfərdə "Vilyarreal"a 0:2 hesablı məğlubiyyətlə nəticələnən oyundan sonra verilib. Beləliklə, "yarasalar"da mövsümdə ikinci dəfə baş məşqçi istefası gerçəkləşib. 45 yaşlı mütəxəssis 2019-cu ilin sentyabrında Marselinonu əvəzləmişdi. Seladesin rəhbərliyi altında "Valensiya" son 13 matçdan yalnız 2-də qələbə qazanıb və avrokuboklarla vidalaşıb.

Mövsümün sonunadək baş məşqçi vəzifəsinin icrası 2002-ci ildən məşqçilər heyətində yer alan və bu vəzifəni 4 dəfə müvəqqəti yerinə yetirmiş Voroya tapşırılıb.

38 yaşlı Sançes isə idman direktoru vəzifəsinə yanvarın 20-də təyin olunmuşdu. O, 2009 - 2011-ci illərdə "Valensiya"nın, əvvəllər isə bir sıra klubların, o cümlədən, "Real Madrid"in qapıçısı olub, İspaniya millisinin heyətində 1 oyuna çıxıb.

Qeyd edək ki, 32 turdan sonra "Valensiya" 46 xalla 8-ci pillədə qərarlaşıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər