Biçində yeni kombaynlar - VİDEO

Biçində yeni kombaynlar - VİDEO
Nahamar ərazilərdə taxıl biçinində yeni kombaynlar istifadə ediləcək

Bu il Respublika ərazisində 973749,35 hektar taxıl sahəsi mövcuddur ki, bunun 613460,35 hektarı buğda, 360289,00 hektarı isə arpa sahəsidir.

Ölkə üzrə biçinə ümumilikdə 1700-dən çox taxılbiçən kombayn cəlb olunmuşdur ki, bunun 700-dən çoxu “Aqrolizinq” ASC-yə məxsus olan, 990 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır.

Ötən ildə oluğu kimi bu il də, “Aqrolizinq” ASC tərəfindən ilk öncə 50 hektara qədər olan taxıl sahələri biçilir. Biçin qiymətləri də ötən ildə olduğu kimi qalır, yəni 1 hektar taxıl sahəsi üçün biçin qiymətinin yuxarı həddi 38 manatdır. Biçinə ilk öncə aran rayonlarından, arpa sahələrindən başlanılmışdır.

Hal-hazırda artıq aran rayonlarında arpa biçini demək olar ki yekunlaşmış və buğda biçini aparılır. Həmçinin dağətəyi sahələrdə arpa biçini həyata keçirilir.Ölkəyə gətirilən yeni nəsil New Holland TC 5.90 HİLLSIDE kombaynların sayəsində artıq dağlıq və dağətəyi zonalarda da taxılçılıq təsərrüfatlarının inkişaf etdirməyə imkan yaranacaq.

Kombaynın gövdəsinin və biçici başlığının artıq dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin genişlənməsinə səbəb olacaq.

Əvvəllər fermerlər yalnız meylliyi az olan düzənlikli Aran rayonlarında suvarma şəraitində taxıl əkinindən məhsul götürə bilirdisə, artıq yeni nəsil New Holland TC 5.90 Hillside kombaynın sayəsində nahamar relyefli dağlıq və dağətəyi rayonlarımızda dəmyə şəraitində dənli bitkiləri əkərək ölkəmizin taxıl ehtiyacının azalmasına imkan yaradacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər