Təkrar səpin başlayıb - VİDEO

Təkrar səpin başlayıb - VİDEO
35 rayonda 50 min ha-dan artıq ərazidə qarğıdalı əkini aparılacaq

Dən və yaşıl yem istehsalının artırılması məqsədilə taxıl biçinindən sonra təkrar əkinlərin aparılmasına başlanıb. Yaxın günlərdə 35 rayon üzrə 50 min hektardan artıq ərazidə qarğıdalı əkinlərinin aparılması planlaşdırılıb.

Aqrar Elm və İnnovasiya Mərkəzinin müəssisələri ərazisində isə 560 hektar ərazidə təkrar əkin aparılacaq. Artıq Beyləqan və Kürdəmir rayonlarında prosesə start verilib.

Hesablamalar göstərir ki, Aran iqtisadi rayonu üzrə təxminən 100 min hektarda təkrar qarğıdalı əkini aparmaq üçün potensial mövcuddur. Taxıl biçini başa çatdıqdan sonra boş qalan ərazilərdə təkrar qarğıdalı əkini aparacaq fermerlərə toxum təminatını ödəmək məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsait ödəniləcək.

Toxumu fermerlər özləri alacaq, vəsaiti isə onların "Fermer kartı"na Aqrar Kredit və İnkişaf Agentliyi köçürəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər