Belarusa neft nəqli - VİDEO

Belarusa neft nəqli - VİDEO
Bu həftə SOCAR Belarusa 90 min tona qədər neft göndərəcək

Bu həftə Dövlət Neft Şirkəti Belarusa yeni partiya neftin göndərilməsini planlaşdırır. SOCAR-ın rəsmisi İbrahim Əhmədovun sözlərinə gröə, Supsa limanından yola salınacaq neft Odessa limanına çatdırılacaq və Odessa-Brodı boru kəməri ilə Mozır neft emalı zavboduna nəql ediləcək.

Bu günə qədər SOCAR Belarusa ümumilikdə 2 milyon barel Azərbaycan və 0,78 mln. barel digər neft nəql edib. Bu il isə Belarusun “Belneftexim” konserni üçün 1 milyon tona qədər neftin göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, Belarus əsas və ənənəvitədarükçüsü olan Rusiya ilə qiymətlə bağlı problemlərdən sonra digər ixracatçılara üztutub. Hazırda Belarus Drujba magistral neft kəməri və dəmir yolu ilə vurulan Rusiya neftini almaqla yanaşı, Azərbaycan, Norveç və Səudiyyə Ərəbistanından da neft idxal edir. "Belneftexim" konserninin sədri Andrey Rıbakov bildirib ki, SOCAR 2020-ci ildəBelarusa 1 milyon tonadək neft göndərə bilər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər