Suvarmaya dair dövlət proqramı - VİDEO

Suvarmaya dair dövlət proqramı - VİDEO
21 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılacaq

Suvarma suyundan səmərəli istifadənin təmin edilməsinə və su itkilərinə qarşı ilkin mübarizə tədbirləri çərçivəsində, meliorasiya və su təsərrüfatının inkişafına dair 2020-2030-cu illər üzrə dövlət proqramı həyata keçiriləcək.

Suvarma suyundan maksimum qənaətlə istifadəni təmin etmək üçün lahiyələr işlənib hazırlanır.

Həmçinin, 2020-ci ildə Taxtakörpü və Şəmkirçay su anbarları zonalarında magistral və paylayıcı suvarma kanallarının tikintisi işləri davam etdiriləcəkdir.

Çay məcralarında 21 milyon kbm həcmində məcratəmizləmə işlərinin aparılması və respublika üzrə 1 milyon 400 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin su ilə təminatı və s. işlər həyata keçiriləcək.

Qeyd edək ki, hazırda dünyada iqlim dəyişiklikləri baş verir: Azərbaycanın da üzv olduğu Ümumdünya Su Şurasının və Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır.

Ölkəmizdə də isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır, çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır. Ona görə də 2020-ci və növbəti illərdə də suya həssaslıqla yanaşılmalıdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər