THY Kanadadan dördüncü təxliyə uçuşunu həyata keçirəcək

THY Kanadadan dördüncü təxliyə uçuşunu həyata keçirəcək

Türk Hava Yolları Kanadada olanTürk vətəndaşlarının təxliyəsi üçün 8 iyun tarixində xüsusi uçuş həyata keçirəcək.

REAL Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Toronto Konsulluğundan edilən yazılı açıqlamada vətəndaşların çoxsaylı müraciəti əsasında 8 iyun Bazar ertəsi günü yerli vaxtla saat 19:50-də THY tərəfindən Toronto-İstanbul xüsusi reysi həyata keçiriləcəyi qeyd olunur. Məlumatda bu dəfə yalnız Türkiyədə yaşayış icazəsi olan və Türkiyə Respublikası vətəndaşları olanların təxliyə ediləcəyi bildirilir.

Uçuş günü COVİD-19 virusunun əlamətləri və diaqnozu qoyulan sərnişinlər təxliyyə edilməyəcək. Təxliyyə olunanlar Türkiyəyə gəldikdə 14 gün karantinə alınacaqlar.

Türk Hava Yolları aprel ayının 8-i və 22-də Kanadadakı Türk vətəndaşlarının ardıcıl olaraq 484 nəfər olamaqla təxliyəsini həyata keçirib. 

4 iyunda Türkiyəyə 15-i körpə olmaqla 349 sərnişinin təxliyəsi təmin edilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər