Pandemiya Antalyanın turizminə ciddi təsir edib - VİDEOREPORTAJ

Pandemiya Antalyanın turizminə ciddi təsir edib - VİDEOREPORTAJ
Turizmdə rekord qıran Antalya

Türkiyə 1 iyun tarixindən daxili uçuşlara start verdi. Hava limanlarında yeni dövrün yeni qaydaları tətbiq edilməyə başlanıldı..

Hava limanına onlayn bileti olmayan şəxslərin girişi qadağandır.

2019-cu ildə 15 milyondan çox turist qəbul etməklə rekord qıran Antalya İstanbuldan 700 kilometrlik məsafədə yerləşir.

Yazın ilk günlərindən turist qəbul etməyə başlayan bu şəhərdə daxili turizm mövsümü 1 iyun tarixindən başlayıb.

Küçələr boş qalsa da, çimərliklərdə qələbəlik var.

Qeyd edək ki, Antalya COVID-19-un ən az yayıldığı şəhərlərdən biridir. Hətta bu şəhər ən sonuncu yerdə gəlir. Rəsmilər sentyabra qədər Antalyaya 2,5 milyon turistin gələcəyini planlaşdırır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər