Qaydaları pozan sürücülər cərimələnir - VİDEO, YENİLƏNİB

Qaydaları pozan sürücülər cərimələnir - VİDEO, YENİLƏNİB
Yollarda qurulan postlar iyunun 8-dək fəaliyyətdə olacaq

Sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində paytaxtın əsas küçə və prospektlərində eyni zamanda magistral yollarında postlar yenidən qurulub. Polis naryadları tərəfindən sürücülərin sənədləri yoxlanılır. Onların icazələrinin olub olmadığı aşkarlanır.

Qayda pozanlara isə inzibati qaydada cərimə tətbiq olunur. Bu hala isə daha çox şəhərin giriş və çıxış yollarında qurulan postlarda rast gəlinib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

 

***

11:28

BDYPİ-nin Ekoloji Bölüyünün tağım komandiri Eldar Məmmədov REAL-a ətraflı məlumat verib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər