Prezidentdən AŞPA-ya sərt ittiham - VİDEO

Prezidentdən AŞPA-ya sərt ittiham - VİDEO
İlham Əliyev: Avropa Şurası anti-Azərbaycan mövqeyindədir

"Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün kağız parçasından artıq deyil."

REAL xəbər verir ki, bunu Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı deyib.

O, Avropa Şurasının anti-Azərbaycan mövqeyində olduğunu və bu təşkilatda azərbaycanafobiyanın hökm sürdüyünü bildirib.

Millət vəkili Asim Mollazadə Prezident İlham Əliyevin Avropa Şurasının fəaliyyətinə çox düzgün qiymət verdiyini və təşkilatın ölkəmizə qarşı dəfələrlə haqsız, qərəzli münasibəti ilə qarşılaşdığını söyləyib.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər