Həftəsonu qadağası başlayır - VİDEO

Həftəsonu qadağası başlayır - VİDEO
Fəaliyyətinə icazə verilən qurumlar bu gündən qeydiyyatdan keçə bilər

Bu gün axşam saat 12-dən etibarən ölkədə həftəsonu qadağası tətbiq olunmağa başlayır. Həftəsonu qadağasına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağandır. Bununla belə, bütün ticarət obyektləri - marketlər və mağazalarda daxil olmaqla, hər yer bağlanmalıdır.Hətta bu səbəbdən bəzi insanlarda panika da yaranıb, müxtəlif mağaza və marketlərə üz tutaraq 2 günün deyil sanki 1 ayın bazarlığını etməyə başlayıblar. 2 gün ərzində heç bir kəsin çölə çıxmasına icazə verilməyəcək. Yalnız fəaliyyətinə icazə verilən qurumların məhdud sayda əməkdaşları işə cəlb olunacaq. Amma xüsusi icazə ilə..

İcazə isə bu qurumlar üçün nəzərdə tutulub:


- Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

- xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

- sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

- kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

- elektrik enerjisinin istehsalı və təchizatı;

- meliorasiya və su təsərrüfatı;

- rabitə xidmətləri;

- teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

- dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

- boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

- fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

- fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.

Digər vətəndaşlar isə evdən yalnız iki halda - "şəxsin həyatına real təhlükə yaranarsa, və ya yaxın qohumun dəfninə getmək üçün" çıxa bilər.

Fəaliyyətinə icazə verilən qurumlar isə əməkdaşlarının işə cəlb olunmasını təmin etmək üçün mütləq şəkildə icaze.e-gov.az portalından qeydiyyatdan keçməlidir.

Bu gündən başlayaraq bazar ertəsinədək bu portaldan istifadə etmək mümkündür.



Xatırladaq ki,fəaliyyətinə icazə verilən qurumun əməkdaşlarının da şəxsi avtomobillə hərəkətinə icazə yoxdu.Onlar yalnız xidməti avtomobillərlə hərəkət edə bilərlər.
Bazar ertəsi səhər saat 6-dan sonra isə artıq eyni rejimə qayıdacağıq.Yenidən bütün ticarət obyektləri fəaliyyətə başlayacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər