"Doğuldum 1939-da, 1937-də tutuldum..." - VİDEO

Bu gün Vaqif Səmədoğlunun doğum günüdür

"Doğuldum 1939-da, 1937-də tutuldum..."

Bu gün bu özəl misraların müəllifi, Azərbaycan poeziyasının nəhəng şairi Vaqif Səmədoğlunun ad günüdür. Vaqifin Vaqifsiz dünyaya gəlişindən 5 il keçir. Vaqif Səmədoğlu 1939-cu il, iyunun 5-də Bakı şəhərində, Səməd Vurğunun ailəsində doğulub. Uzaq Yaşıl adanın əbədi aşiqi olan, şair kimi yox, şeir kimi yaşamaq, şeir kimi ölmək istəyən Vaqif Səmədoğlunun gələcək işığını atası Səməd Vurğun hələ "Vaqif" dramını yazarkən yandırıb.

Mən Vaqif Səmədoğlu ilə heç vaxt rastlaşmamışam, heç vaxt danışmamışam, amma şeirlərini oxuyanda, şairlə söhbət edirəm kimi gəlir mənə. Vaqif Səmədoğlu deyəndə böyük əksəriyyətin ağlına təbii ki, Allahı doğmalaşdıran şeirləri, daha sonra isə "Bəxt Üzüyü", "Yaşıl eynəkli adam" filmləri, elə o filmlərdəki personajlar yada düşür. O, özü bir neçə dəfə dilə gətirsədə ki, "mən özümə şair deməyə utanıram", bu da deyilməlidir ki, o həqiqi şairlərdən idi.

Ruhumuza oxşamayan, ruhumuzu oxşayan şair... Doğulmamışdan əvvəl, O, repressiyanı yaşadığını deyirdi. Elə "1937-də tutuldum" deyəndə həmin misrası tarix qədər məna yükü daşıyır. Repressiya qurbanlarından olan Mikayıl Müşfiq də məhz bu gün, 5 iyunda doğulub. Vaqif Səmədoğlunun bu il ölümündən də, Vaqifsiz keçirdiyimiz ad günündən də 5 il keçir. Bu tarixin Vaqif Səmədoğluna verdiyi əla qiymətidir. Ruhun şad olsun, cəhənnəmin ən sərin, cənnətin ən isti yerində olan adam...

Digər xəbərlər
Dünən

Bütün xəbərlər