338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb - SON DƏQİQƏ

338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb - SON DƏQİQƏ
Azərbaycan Respublikasında 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan REAL-a verilən məlumata görə, Azərbaycan Respublikasında 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 134 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1957, 1957 və 1972-cü il təvəllüdlü 4 nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 6860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3871 nəfər müalicə olunaraq sağalmış, 82 nəfər vəfat etmiş, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 328.385 test aparılmışdır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər