Şirvanda 60 km içməli su xətti çəkilib - VİDEO

Şirvanda 60 km içməli su xətti çəkilib - VİDEO
Şəhərdə 11 minədək ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb

Şirvan şəhərində indiyədək 60 km-dən çox içməli su, 7 km-dək kanalizasiya xətti çəkilib və 11 minədək ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb.

İçməli su təchizatı sektorunda həyata keçirilən böyük infrastruktur layihələrindən olan Şirvan-Muğan qrup su kəmərinin istifadəyə verilməsi bir sıra yaşayış məntəqələlərinin içməli su təchizatının yaxşılaşdırılmasında əlverişli imkanlar yaradıb.

Şəhərin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması və genişləndirilməsi işləri mərhələlərlə davam etdirilir. Nəzərdə tutulan işlərin 50 faizə qədəri icra olunub və ilin sonunadək işlər yekunlaşacaq.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər