Həftə sonu marketlər bağlanacaq - VİDEO-2, YENİLƏNİB

Həftə sonu marketlər bağlanacaq - VİDEO-2, YENİLƏNİB
Marketlərdə kifayət qədər ərzaq ehtiyatı var

Nazirlər kabineti yanında oprativ qərargahın müvafiq qərarına əsasən iyunun 6-dan 8-ə kimi bəziləri istisna olmaqla bütün iş və xidmət sahələrinin fəaliyyəti dayandırılacaq, eyni zamanda ictimai nəqliyyatın hərəkəti və şəxsi avtomobillərdən istifadə qadağan olunacaq, bununla yanaşı qeyd edilən tarixlərdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. O cümlədən apteklər, mağazalar, supermarketlər fəaliyyətini tamamilə dayandıracaq. Bu da əhali arasında mağazalarda ərzaq mallarının qıtlığı ilə bağlı təlaş yaradıb.

Belə ki, ötən gündən marketlərdə insan sıxlığı müşahidə olunur, insanlar mümkün qədər daha çox ərzaq və gündəlik tələbat malları almağa çalışır. Bizdə bununla bağlı paytaxt ərazisində fəaliyyət göstərən ərzaq mağazalarından birinə baş çəkdik. Gördüyümüz o oldu ki, rəflərdə heç bir ərzaq qıtlığı və ya qiymətlərində hər hansı bir artım yoxdur, əksinə vəziyyəti nəzərə alaraq bir çox zəruri malların qiymətində enmələr müşahidə olunur. Lakin insanlar sanki yayılan şaiyələrin əsirinə çevriliblər. Əsasən çörək və un məmulatlarının alındığını və kassalar qarşısında növbə ilə dayanan insanların çoxluğu diqqətimizdən kənarda qalmadı.

Pərviz Əzizovun sözlərinə görə təchizatçı şirkətlər çalışırlar ki, karantin rejimin qiymət artımına deyil əksinə əsas tələbat mallarının qiymətlərində əhalinin xeyrinə endirimlər edirlər.

Qeyd edək ki, həftəsonu qapadılmaya səbəb son günlər Azərbaycanda koronavirusa yoluxma hallarının artması ilə əlaqədardır. Nazirlər kabineti yanında operativ qərargahın qərarına görə 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək tətbiq olunan bu qapadılma Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq olunacaq. Bu da yoluxma hallarının adıçəkilən rayon və şəhərlərdə daha çox qeydə alınması ilə bağlıdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər