Macarıstan Kubokunun qalibi müəyyənləşib

Macarıstan Kubokunun qalibi müəyyənləşib

Futbol üzrə Macarıstan Kubokunda "Honved" və "Mezekeveşd" arasında final oyunu keçirilib.

"Report" xəbər verir ki, Budapeştdəki "Puşkaş Arena"da təşkil olunmuş qarşılaşma "Honved"in qələbəsi ilə yekunlaşıb - 2:1. Görüşü 10 000-dək azarkeş izləyib.

Hesabı 33-cü dəqiqədə Corce Kamber açıb. 4 dəqiqə sonra Laslo Pekar fərqlənsə də, 56-cı dəqiqədə Kamber dubl edərək yekun nəticəni müəyyənləşdirib.

"Honved" tarixində 8-ci dəfə Macarıstan Kubokunu qazanıb. Daha çox belə titula "Ferentsvaroş" (23), MTK (12) və "Uypeşt" sahib çıxıb. 

 

Digər xəbərlər
Bu gün
Dünən