Böyük Britaniyada irqçiliyə qarşı nümayiş keçirilib

Böyük Britaniyada irqçiliyə qarşı nümayiş keçirilib

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi nəticəsində dünyada irqçiliyə qarşı başlayan etiraz aksiyalarına Böyük Britaniya da qoşulub.

Minlərlə etirazçı Londonda "Hyde Park" meydanından İngiltərə Parlamentinə qədər yürüş edib.

Xatırladaq ki, daha əvvəl Britaniya polisi "Corc Floydun həyatını itirməsindən narahat olan hər kəslə bir yerdəyik" - deyə, həmrəylik ifadə etmişdi. 

"Hyde Park"dakı etirazçılar və səslənən şüarlar irqçiliyin Britaniyada hələ də bir problem olduğunu qabardırdı.

Qeyd edək ki, ölkənin Baş naziri Boris Conson da "Floydun ölümünü"  bağışlanmaz adlandırıb.

REAL-ın Avropa Bürosu

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər