Rotterdam irqçiliyə qarşı - VİDEO, FOTO

Rotterdam irqçiliyə qarşı - VİDEO, FOTO
Niderlandın Rotterdam şəhərində irqçilik əleyhinə aksiya keçirildi

Niderlandın Rotterdam şəhərində  ABŞ və Avropadakı irqçi zorakılığa son başlıgı altinda  nümayişlər təşkil edilib.

Əvvəlcə təşəbbüskarlar şəhərin Teatr Meydanında yığışmaq istəyiblər.

Lakin orada  insanlar arasında sosial məsafənin saxlanılması üçün kifayət qədər yer olmadığından, onlar Erasmus Körpüsünün ətrafında yerli vaxt ilə saat 17:00-da etiraz aksiyasına başlayıblar. 

Rotterdam  Bələdiyyə Başçısı Aboutaleb dünənki aksiyaya icazə verməsə də bu gün sosial məsafələri qorumaq şərti ilə nümayişin keçirilməsinə razılıq verib.

Ancaq o, qaydalara əməl edilməyi təqdirdə nəzərdə tutulan vaxtdan əvvəl aksiyanın dağıdılacağı barədə etirazçılara xəbərdarlıq edıb.

Aksiya təşkilatçıları iştirakçılar arasında 1,5 metr məsafəni qorumaq üçün səki və yol səthinə xaçlar yerləşdirib. Rotterdamdakı nümayiş zamanı izdiham səbəbi ilə polis nümayişçilərə ard-arda  xəbərdarlıq etməyə başlayıb. 
Polisin və təşkılatçıların  "məsafəni saxlayın" çagrişları fayda verməyib.

Rotterdam bələdiyyəsi irqçiliyə qarşı nümayişin dayandırılmasına qərar verib.

Körpünün bağlı olması, tramvayların hərəkətində də fasilə yaradıb. Bələdiyyə Başçısı Abutaleb aksiyanın sona çatdırılması barədə qərar verib. 

Aksiyanın təşkilatçıları nümayişin nəzarətdən çıxdıgını bildirərək insanlardan ərazini sakitcə tərk etmələrini xahiş ediblər.

REAL-ın Avropa Bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər