Karantinin yumşaldılması dayandırıldı - VİDEO

 Karantinin yumşaldılması dayandırıldı - VİDEO
TƏBİB: "Yoluxanlarla sağalanlar arasında fərq 200-ü keçir"

“Son günlər koronavirusla bağlı yoluxmanın artması müşahidə olunur”.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib Kİ, yoluxma sayındakı artımı nəzərə alaraq Cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam məhdudlaşdırma qaydası qüvvəyə minə bilər.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, artıq yoluxanlarla sağalanlar arasında fərq 200-ü keçir. Öncədən müəyyənləşdirilən alqoritmə uyğun olaraq bu fərq 200-ü keçdiyi üçün məhdudiyyətlərlə bağlı nazirlər kabinetinə müracət müraciət edilib.

“Bu narıncı zonada bu həftə sonu, bəlkə də irəlidəki bir, iki ay ərzində həftə sonları, bayramlarda da tam şəkildə küçəyə çıxmaq qadağasının tətbiq olunmasını təklif etmişik. Bu təklifin detalları müzakirədədir, burada beynəlxalq təcrübədən, o cümlədən Türkiyə və İsrail təcrübəsində var. Təklif Operativ Qərargah tərəfindən qəbul olunub, detallar müəyynələşdirilir”.

Nazirlər Kabinetinin Mətbuat katibi İbrahim Məmmədov bildirb ki, tam mədudlaşdırmanın detalları ilə bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun sabah müraciəti olacaq.

Baş Nazirin çıxışında bu məsələlər detallı şəkildə elan ediləcək”

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər