Parkdan qaçırılan “gəlincik“ (VİDEO)

Parkdan qaçırılan “gəlincik“ (VİDEO)
3 yaşlı Mirayın müqəddəratı hüquqi müstəvidə həll olunmalıdır

Bu kadrlar hansısa filmdən qısa fraqment deyil, Bakının mərkəzi parklarından biri olan və hər gün onlarla insanın öz övladı ilə gəlib istirahət etdiyi Kuala parkda lentə alınıb. Söhbət ayrılmaq qərarına gələn ailədə valideynlərin hər birinin ayrılıqda uşağı - Mirayı özündə saxlamaq istəyinin sonda qanunsuzluqla yekunlaşmasından gedir.

Hadisə Mirayın, atası Tamerlan və nənəsi ilə gəzintiyə çıxarkən zorla qaçırılmasından gedir. Parkda baş verən bu hadisədə övladını xilas etməyə cəhd edən ataya isə əvvəlicədən prosesi izləyən naməlum şəxs mane olur. Təhlükəsizlik kameralarına düşən görüntülərdə uşağın atasına mane olan həmin şəxsin Mirayı və onu müşayiət edənləri parka gələndən izləməsi aydın şəkildə görünür.


"Oğlum nəvəm Mirayla seyr etmə çarxına mindilər. Daha sonra uşağa oyuncaq almaq üçün mağazaya girdik. Sonra oğlumla nəvəm qatara mindilər, mən isə yanlarında dayanıb onları gözləyirdim. Daha sonra biz uşaqlar tərəfindən şəkil yaratmaq üçün nəzərdə tutulan rəngli qumla doldurulan qablara tərəf getdik. Qəfildən bizə hücum etdilər. Bu çox gözlənilməz idi. Tamerlan uşağı dərhal qucağına götürdü. Onlar üstümüzə hücum etdilər və bizi yerə yıxdılar".

Bir daha qeyd edim ki, Mirayı qaçıran şəxslər onun hazırda onlardan ayrılan anası, xalası və nənəsidir. Ayrılığı rəsmiləşdirmək, yəni boşanmaq üçün isə artıq ərizə məhkəmədədir.

Diqqətimizi bu hadisə niyə çəkdi?

Əlbəttə, valideynlər ayrı yaşayırlar. Ortada uşağın kiminlə qalması sualına aydınlıq gətirmək kimi zərurət var. Uşağın hər iki nənəsinin Miraya sahib çıxmaq hissi anlaşılandır. Bizi maraqlandıran məsələnin başqa tərəfidir: Parkda övladı ilə istirahət edən şəxsin əlindən körpə zorla alınır. Qarışıqlıq ani olmur. Xeyli çəkir.

Bəs parkın təhlükəsizlik xidməti, bu ərazini qorumalı olan səlahiyyətli şəxslər buna necə yol verir?

Miraya hücumun lentə alındığı kadrların detallarını izah edək. Hadisədə bir başqa şəxs də fəal iştirakçıdır. O Miraygil parka daxil olandan sonra bura gəlir. Hadisə zamanı isə zorla ələ keçirilən uşağı ərazidən uzaqlaşdrmağa kömək edir. Bu qanundankənar əməliyyat necə belə asan baş tutur? Suallar çoxdur...

Qeyd edim ki, artıq Bəşirovlar ailəsi baş vermiş hadisə ilə bağlı Daxili işlər nazirliyi Bakı Şəhər Prokurorluğuna ərizə ilə müraciət ediblər.

Vəkil deyir ki, hadisə ilə bağlı ciddi araşdırma aparılmalı və məsələ hüquqi müstəvidə həll olunmalıdır. Çünki hadisənin üstündən bir neçə ay keçməsinə baxmayaraq məsələ ilə bağlı hələ də cinayət işi açılmayıb.

Müsahibim Kamilə xanım isə son zamanlar Prokurorluq orqanlarında aparılan islahatların onların işinı də müsbət təsir göstərəcəyinə ümid edir və tezliklə məsələnin hüquqi müstəvidə həllinə nail olacaqılarına inanır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər