Moskvada vəziyyət stabilləşir - VİDEO

Moskvada vəziyyət stabilləşir - VİDEO
Paytaxtda yoluxanların sayında azalma müşahidə olunur

Rusiyada COVID-19-dan ölənlərin sayı 5215-i ötüb.  

Rusiya Federasiyasında COVİD-19-a yoluxanların sayı 432277 nəfəri ötüb.

Belə ki, ölkədə koronovirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 8536 nəfərdə koronavirus aşkarlanıb. 

REAL-ın Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutka ərzində 178 nəfər COVİD-19 səbəbindən ölüb. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 5215-ə yüksəlib. 

Operativ qərərgahın digər məlumatına əsasən ölkədə sağalanların sayı 195957-ə çatıb. Belə ki, son sutka ərzində 8972 nəfərdə sağalma qeydə alınıb. 

Qeyd edək ki, son sutka ərzində COVİD - 19 rusiyanın 84 reqionunda qeydə alınıb və yeni xəstələrin 38,5 %-də virus öz əlamətlərini büruzə verməyib. Və nəzərə çatdırım ki, ölkədə  virusa yoluxanların 45 faizi artıq tam sağalıb.

Moskvaya gəlincə isə Paytaxta son sutka ərzində 3385 nəfərdə sağalma qeydə alınıb. Umumi sağalanların sayı isə paytaxtda 90 mini kecib. Bu barəd  Moskva merinin müavini anastasiya rakova məlumat verib.

Məlumatda o da qeyd olunur ki, Moskvada qeydə alınan yeni yoluxmaların sayı aprel ayının əvvəlinə olan göstəricilərlə eynidir belə ki, yeni yoluxanların sayı 1842 nəfərə enib. 

Moskva Vilayətində isə bu gün record sayda sağalma qeyd alınıb. Son sutka ərzində 502 nəfər tam sağalaraq evə buraxılıb.

Moskvadan fəriqli olaraq Vilayətdə artıq elektron buraxılış sstemləri ləğv olunub, parklar ticarət mərkəzləri fəaliyyətlərini bərpa edib. Bu gün isə bərbərxanalar işə başlayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər