Maska taxmayanlar cərimələnir - VİDEO, YENİLƏNİB

Maska taxmayanlar cərimələnir - VİDEO, YENİLƏNİB
BŞBPİ və BNA birgə reyd keçirir

İctimai nəqliyyatda sərnişinlərin Covid-19 infeksiyasının profilaktikasına dair göstərişlərə əməl etməsi və bu qaydaların sərnişinlər arasında təşfiqi ilə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Tibbi maskadan istifadə olunmamasına görə tətbiq olunan cərimələrin qanuni qüvvəyə minməsi ilə əlaqədar BNA və BŞBPİ-nin birgə həyata keçirdikləri reydlər zamanı BNA-nin nəqliyyat könüllüləri tərəfindən vətəndaşlara tibbi maskalar paylanılıb, o cümlədən polis əməkdaşları tərəfindən əhali arasında maarifləndirmə işləri aparılıb və maska taxmayan şəxslər cərimələnib.

Müşfiq Aslanovun sözlərinə görə anoloji reydlər qapalı məkanlarda, ticarət mərkəzlərinin və metro stansiyalarının giriş çıxışlarında, avtobus dayanacaqlarında, o cümlədən insan sıxlığı daha çox müşahidə edildiyi yerlərdə polis naryadları gücləndirilərək maarifləndirmə işləri aparılır.

Nazirlər Kabineti yanında Operativ qərargahın müvafiq qərarına əsasən ictimai nəqliyyatda maskalardan istifadə məcburidir və artıq iyunun 2-dən etibarən tibbi maskalardan istifadə etməyən vətəndaşları inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə cərimələnir.

Mais Ağayevin sözlərinə görə sərnişinlərin maskalardan istifadə etməmələri nəticəsində ictimai nəqliyyatın sürücüləri və dispetçerləri, o cümlədən ictimai nəqliyyatın fəaliyyətində fasiləsizliyin təmin edilməsində iştirak edən əməkdaşlar arasında yoluxma riski ciddi şəkildə arta bilər.

Bununla bağlı BNA tərəfindən avtobusların salonlarında, dayanacaq məntəqələrində, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində yazılı elanlar quraşdırılıb, həmçinin nəqliyyat mübadilə mərkəzində audio elanlar verilir.
Qeyd edək ki, qarşıdakı günlərdə də BNA və BŞBPİ ilə birgə maska paylanması və maarifləndirmə işlərinin keçirilməsi nəzərdə tutulur, bu tədbirlər çərçivəsində də 100 min tibbi maskanın paylanması nəzərdə tutulur.

***

12:12

Nizami RPİ-nin xidmət rəisi Müşfiq Aslanov bildirib ki, artıq indiki saata kimi 10 vətəndaşa protokol tərtib olunaraq cərimə olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər