Alternativ enerjiyə keçid - VİDEO

Alternativ enerjiyə keçid - VİDEO
2030-cu ilədək bərpa olunan enerjinin payı 35 faizə çatacaq

2030-cu ilə qədər Azərbaycanda istehsal olunan enejinin 35 faizinin bərpa olunan enerjidən əldə edilməsi hədəflənir.

2019-cu ildə ölkə üzrə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin payı 7,3 faiz təşkil edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov REAL-a bildirib ki, bu il bərpa olunan enerji mənbələri üzrə iki böyük investisiya müqaviləsinin imzalanması yaxın illərdə bərpa olunan enerjinin qoyuluş gücünün əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq.



Dövlət agentliyinin sədr müavini deyir ki, dünyanın bütün ölkələrinin bərpa olunan enerji mənbələri mövcüd olsa da, onların hamısı bundan istifadə üçün şəbəkəyə malik deyil.

Qeyd edək ki, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi 2016-cı ildə təsdiqlənib. Sənəd 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər