Hindistanda karantin rejiminin 5-ci mərhələsi - VİDEO

Hindistanda karantin rejiminin 5-ci mərhələsi - VİDEO
Ölkədə qatarların hərəkəti bərpa olunub

Hindistanda COVID-19 pandemiyası ilə əlaqədar fəaliyyəti müvəqqəti dayandırılmış dəmir yolu nəqliyyatında hərəkət bərpa olunub.

İyunun 1-dən başlamış xüsusi karantin rejiminin 5-ci mərhələsinin ilk günündə paytaxt Dehlidən ölkənin müxtəlif istiqamətlərinə 100 qatar yola düşüb. Həmin qatarların sərnişinlərinin ümumi sayı 145 mindən çox olub. Digər şəhərlərdən də təxminən bir o qədər qatar hərəkət edib.

Daxili İşlər Nazirliyinin təsdiq etdiyi təlimata uyğun olaraq, bütün sərnişinlər bədən hərarətinin ölçülməsi üçün dəmir yolu vağzallarına qatarların hərəkət vaxtından ən azı 1 saat yarım əvvəl gəlməli, səyahət boyu qoruyucu maska taxmalı, sosial məsafəni qorumalıdırlar. Epidemioloji qaydalara uyğun olaraq qatarlar hər səyahətdən əvvəl dezinfeksiya olunur. Vaqonlarda isə əlləri dezinfeksiya etmək üçün maddələr qoyulub. Virusun yayılmasının qarşısını almaq üçün səyahət vaxtı yemək və yataq dəsti təchizatına icazə verilmir.

Qeyd edək ki, COVID-19 böhranı ilə əlaqədar martın 25-dən Hindistanda qüvvədə olan xüsusi karantin rejimi iyunun 1-dən etibarən daha bir ay müddətinə uzadılıb. Karantin rejiminin 5-ci mərhələsinə aid olan yumşalmalara qatarların hərəkəti də daxildir. Hindistan hazırda infeksiyaya yoluxma hallarının sayına görə dünyada 7-ci sıradadır. Ölkədə COVID-19 virusuna yoluxanlarn sayı 206 mini ötüb, ölənlərin sayı isə 5820-dir. Ən pis vəziyyət MaharAştra, Tamil Nadu ştalarında və paytaxt Dehlidədir.

 

REAL-ın Asiya Bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər