Arif Məlikovun abidəsi ucaldılıb - VİDEO, YENİLƏNİB

Arif Məlikovun abidəsi ucaldılıb -  VİDEO, YENİLƏNİB
Abidənin müəllifi Xalq rəssamı Ömər Eldarovdur

Azərbaycan bəstəkarı, Xalq artisti Arif Məlikovun məzarı üzərində abidəsi ucaldılıb. Abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarovdur.

Mərhum bəstəkarın qəbirüstü abidəsi ildönümü ərəfəsində ucaldılıb. Karantin rejiminə görə abidənin geniş açılış mərasimi keçirilməyib. Sadəcə, Sənətkarın sənət dostları olan bir neçə nəfər bəstəkarın məzarını ziyarət ediblər.



Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində ifa olunub.

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

Bəstəkar Arif Məlikov 9 may 2019-cu ildə 85 yaşında vəfat edib. Bəstəkar ilə Bakı Musiqi Akademiyasında vida mərasimi təşkil olunub və I Fəxri Xiyabanda dəfn edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər