Maska taxmayanlar cərimələnəcək - VİDEO, YENİLƏNİB

Maska taxmayanlar cərimələnəcək - VİDEO, YENİLƏNİB
Cərimələrin məbləği 50-200 manatdır

Milli Məclis maska taxmayanların 50 manat cərimələnməsi qərarını təsdiqlədi.

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə edilib.

Məcəlləyə edilən dəyişikliklə karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Qeyd edək ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik barədə 3-cü oxunuşda qəbul etdiyi qərar, Prezidentin təsdiqindən sonra qüvvəyə minəcək.

 

***

12:55

Milli Məclisin növbədənkənar sessiyasının II iclası başa çatıb.

İclasda İnzibatı Xətalar Məcəlləsinə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi yerlərdə tibbi maskadan istifadə etməməyə görə məsuliyyət nəzərdə tutan maddəyə əlavə edildi və beləliklə qanun layihəsi qüvvəyə mindikdən sonra artıq həmin ərazilərdə maskasız gəzməyə görə, vətəndaşlar, eləcə də hüquqi şəxslər cərimələnəcəklər

MM-in Hüquq Siyasəti Komitəsinin üzvü Fəzail Ağamalı qanun layihəsi və bu qanunun qüvvəyyə minmə proseduru barədə məlumat verib.

Digər xəbərlər
Bu gün
Dünən