1200 ailə “Qobu Park-3” yaşayış kompleksində mənzillə təmin ediləcək - VİDEO, YENİLƏNİB

1200 ailə  “Qobu Park-3” yaşayış kompleksində mənzillə təmin ediləcək - VİDEO, YENİLƏNİB
Məcburi köçkünlər üçün püşkatma

Bu gün yeni mənzillərlə təmin olunmuş məcburi köçkünlərin ünvanının dəqiqləşdirilməsi məqsədilə püşkatma keçirilib.

Burada əsas məqsəd onların yeni mənzillərinə yerləşdirilməsi zamanı obyektivliyin və şəffaflığın təmin olunmasıdır. Bu dəfəki püşkatmada Yasamal rayonunun Şərifzadə bir ünvanında yerləşən Texniki Unviersitetin 1 saylı və Memarlıq və İnşaat Unversitetinin ümumilikdə 10 yataqxanasında, eləcə də yataqxananın həyətindəki tikililərdə məskunlaşan məcburi köçkünlər iştirak edib. Püşkatma Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən Yasamal bələdiyyəsinin inzibati binasında keçirilib. Vətəndaşlar püşkatmada iştirak etməklə bəxtlərinə düşən kuponu götürərək “QobuPark-3” yaşayış kompleksində onlara verilən mənzilləri özləri seçmiş olurlar.

Bu gün keçirilən püşkatmada ilkin olaraq 1,2,3 və 4 otaqlı 116 mənzil öz sahibinə təqdim olunub.

Püşkatmanın şəffaflığını təmin etmək məqsədilə içəridə quraşdırılmış kameralar və bayırda quraşdırılmış monitor vasitəsilə növbədə dayanan vətəndaşların prosesi canlı olaraq izləməsi təmin olunub.
Qeyd edək ki, mayın 28-də ölkə başçısı və birinci vitse prezident tərəfindən açılışı olmuş “QobuPark-3” yaşayış kompleksi məcburi köçkünlər üçün inşa olunmuş sayca 114-cü qəsəbədir.

***

10:50

Məcburi köçkünlər üçün püşkatma

Püşkatma ilə köçkünlərə verilən mənzillərin ünvani dəqiqləşdirilir

Bu gün məcburi köçkünlərin evlərlə təmin olunması və bu mənzillərin ünvanının dəqiqləşdirilməsi məqsədiylə püşkatma mərasimi keçirilir.

Püşkatmanın əsas məqsədi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etməkdir.

Bununla bağlı ətraflı məlumatı QMİDK-nın mətbuat katibi İbrahim Mirzəyev çatdırıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər