Canluici Buffon daha bir il "Yuventus"da çıxış edəcək

Canluici Buffon daha bir il

İtaliyanın "Yuventus" klubu qapıçısı Canluici Buffon ilə müqavilənin müddətini uzadacaq. 

"Report" "La Stampa" nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı qolkiper Turin təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq sözləşməsini yeniləmək barədə razılığa gəlib. 

Təcrübəli oyunçu daha bir il "Yuventus"da çıxış edəcək. 

Qeyd edək ki, Canluici Buffon 2001 - 2018-ci illərdə "Yuventus"da çıxış edib. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirdikdən sonra ötən ilin yayında Turin klubuna qayıdıb. Daha əvvəl "Yuventus"un idman direktoru Fabio Paratiçi Buffonla yanaşı Corco Kyellinini və Paulo Dibala ilə də danışıqlar apardıqlarını təsdiqləyib. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər