Peruda son gün "COVID-19"a 5563 nəfər yoluxub

Peruda son gün

Peruda ötən gün 5 563 nəfər “COVID-19”a yoluxub, 128 nəfər isə bu virusdan həyatını itirib. 

REAL “CNN”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumilikdə Peruda to 170 039  təsdiqlənmiş “COVID-19” xəstəsi var və 4 634 nəfər bu virusun qurbanı olub.

Xatırladaq ki, yoluxma sayına görə Peru Latın Amerikası ölkələri arasında Braziliyadan sonra ikincidir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər